Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı 

20:48 18.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycandan həcc ziyarətinə yola düşən zəvvarları daşıyan növbəti iki təyyarə bu gün havaya qalxıb".

Hafta.az xəbər verir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, bununla da həcc ziyarətinə yola düşən üçüncü və dördüncü zəvvar qrupları yola salınıb. 

Xatırladaq ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti 6 100 ABŞ dolları təşkil edir./oxu.az/